MRT müasir və dəqiq diaqnoz məqsədi ilə tətbiq olunan innovativ müayinə üsullarından biridir. MRT müayinəsi bütün yaş qrupundan olan insanlar üzərində aparıla bilər. Yetkin insanlar tibbi personalın göstərişlərini yerinə yetirəcək cihazın müayinə çarpayısında sərbəst və hərəkətsiz uzanırlar ki,bu da dəqiq diaqnoz üçün çox vacibdir. Uşaqların,klaustrafobiyalı yetkin pasiyentlərin müayinə zamanı qeyri iradi hərəkətləri müayinənin aparılmasına mane olur və bu zaman diaqnostik nəticə əldə olunmur. Bu səbəbdən uşaqlarda mütləq müayinənin ümumi venadaxili narkoz altında keçirilməsi tövsiyyə olunur. N.Tusi adına klinikanın anestizioloqları bu sahədə yüksək təcrübəyə malikdirlər,uşaqların müayinəni tam təhlükəsiz və komfortlu şəkildə keçməsini təmin edirlər. Müayinə tam ağrısızdır və məqsədi pasiyentin hərəkətsiz qalması və özünü komfortlu hiss etməsini təmin etməkdir. Bu zaman səthi yuxu vəziyyəti yaranır və tibbi personala müayinəni daha dəqiq və həssəslıqla həyata keçirməyə imkan verir. Anesteziya zamanı istifadə olunan preparatlar müasir və tam təhlükəsiz preparatlardır.
Anesteziolog-Reanimatog Məmmədova Səidə
Tibbi məlumatlar
Klinikamız
Bizim Ünvanımız
Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53
+994 12 431 35 31
+994 12 433 66 84 / 87 / 89 / 91
+994 50 208 02 55
İŞ SAATLARI
Həftə içi saat : 09:00 - 18:00
Bazar : Bağlıdır
Bayram günü :