+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Həkimlərimiz

 

Daha ətraflı

Xidmətlərimiz

 

Daha ətraflı

Tibbi məlumatlar

 

Daha ətraflı

 

N.Tusi adına klinika daim xidmətinizdədir.

 

panel
172 nəfər
Kollektiv heyyəti
panel
123 nəfər
Həkim sayı
panel
12 şöbə
Tibbi şöbələrimiz
panel
12345 nəfər
Pasientlərimizin sayı

Xidmətlərimiz

Həkimlərimiz

Ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bir qədər də bərkiyərək öz elastikliyini itirir.
Arteriyaların daxili qatında yağa oxşar tərkibli maddələrin (onların əsas hissəsini xolesterin təşkil edir) çökməsi - yığılması baş verir.
Bu proses davam etdikcə, damar divarı daralmağa başlayır ki, bunun da nəticəsində ürək, beyin və digər üzvlərin qanla təchiz olunması pisləşir.
Emosional və fiziki gərginlik zamanı, ürək daha çox işlədiyi üçün, ürək damarlarının daralması səbəbindən ürəyə kifayət qədər qan gəlmir. Belə olan halda ürəyin hansısa kiçik bir hissəsinin kifayət qədər qan almaması səbəbindən, ürək nahiyəsində ağırlıq, sıxılma kimi narahatedici hissiyyatlar əmələ gəlir. Bu hissiyyatlar sonradan ağrı hissiyyatı ilə də əvəz oluna bilərlər. Bu xəstəlik stenokardiya adlanır. Bu hal uzun müddət ərzində, saatlarla davam edərsə, bu, müəyyən bir sahədə ürək əzələsinin (miokardın) məhv olmasına (infarktına) səbəb ola bilər.
Ürəyin qidalanmasının pisləşməsi nəticə etbarı ilə, ürək əzələlərində tədricən birləşdirici toxumanın (çapıq) artmasına səbəb olur ki, bu da son nəticədə kardioskleroz (“skleroz” – çapıq) adlanan patoloji dəyişikliyə səbəb olur. Kardioskleroz isə öz növbəsində, ürək ritminin pozulmasının (aritmiya) və ürək çatışmazlığı yaranmasının səbəbi ola bilər.
Beyinin damarlarının aterosklerozu əmək qabiliyyətinin (xüsusilə, əqli iş qabiliyyətinin) azalması, yaddaşın pisləşməsi, tez yorulma kimi əlamətlərlə özünü büruzə verir. Beyin damarlarının tutulması nəticəsində isə insult (beyin toxumasının müəyyən bir sahədə məhv olması) baş vermiş olur.
Aşağı ətraf damarlarının aterosklerozu zamanı fasiləli axsama adlanan patoloji hal baş verir: gəzərkən insanı dayanmağa məcbur edən ağrı və ya “qarışqa yeriməsi” hissiyyatı. Dayanandan sonra ağrı keçib gedir. Fasiləli axsama insan yeriyərkən, aşağı ətraf əzələlərinin daha çox işləməsi zamanı onların kifayət qədər qan kütləsi ilə təmin oluna bilməməsi səbəbindən baş verir.
Ateroskleroza məruz qalmış insanların bir çoxu uzun müddət ərzində heç bir narahatlıq hiss etmədən yaşayırlar. İllər keçdikcə, damarlarda olan aterosklerotik proseslər artmaqda davam etdiyi üçün xəstəliyin əlamətləri də üzə çıxmağa başlayır.
Aterosklerozun yaranmasının və sonrakı inkişafının qarşını alan əsas faktorlar aşağıdakılardır:
- xəstəliyin profilaktikası, düzgün və vaxtında müalicə olunması;
- siqaret və alkoqol içkilərdən imtina etmək;
- arterial təzyiqin və qanda şəkərin miqdarının normallaşdırılması;
- ürək-damar sisteminin fəaliyyətini möhkəmləndirən, arterial təzyiqi normallaşdıran və s. qoruyucu dərman preparatlarının qəbul edilməsi;
- düzgün qidalanma (rasionda duzlu, yağlı, qızardılmış yeməklərin kəskin şəkildə məhdudlaşdırılması; təzə meyvə, tərəvəz, sıyıqlar, yağsız süd məhsullarına əsas yer verilməsi);
- artıq çəki ilə mübarizə aparmaq;
- fiziki aktivlik.

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC